Nazir bu universitetin prorektorunu İŞDƏN ÇIXARDI

2022-06-16 00:15:00

Nazir bu universitetin prorektorunu İŞDƏN ÇIXARDI

Azərbaycan Texniki Universitetinin (AzTU) prorektoru işdən çıxıb. 

Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Çetin Elmas AzTU-nun Elm və innovasiya üzrə prorektoru vəzifəsindən azad olunub. 

Onun yerinə 2018-2022-ci illərdə AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışmış Sübhan Nadir oğlu Namazov təyin edilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, süni intellekt üzrə dünya şöhrətli alim Çetin Elmas AzTU-nun Elm və innovasiya üzrə prorektoru vəzifəsindən istefa verib.

Bunun səbəbi isə AzTU-da onun bir il ərzində nəzərdə tutduğu layihələrinin düzgün icra olunmamasıdır. Məhz bu səbəbdən ayın 1-də dünya şöhrətli alim universitetlə müqaviləsinin müddətini artırmayıb. \\Gundem.az 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya