Nazir bu idarəyə yeni rəis təyin etdi
2025-11-27 15:27:35
Fövqəladə Hallar Nazirliyinin (FHN) Əsaslı Tikinti İdarəsinə yeni rəis təyin olunub.
Hurriyyet.az qaynarinfo-a istinadla xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə bu vəzifəyə Səlimov Ruslan Vaqif oğlu təyin edilib.
Bir ay əvvəl FHN-nin Əsaslı Tikinti İdarəsinin rəisi Rüfət Ağazadə vəzifəsindən azad olunub.
