Nazir: “Bolqarıstana ən ucuz qazı Azərbaycan satır”

2022-08-25 23:09:00

Nazir: “Bolqarıstana ən ucuz qazı Azərbaycan satır”

Hurriyyet.az xəbər verir ki, Bolqarıstanın Energetika naziri Rosen Xristov Bolqarıstanın ən ucuz qazı Azərbaycandan aldığını bildirib. Onun sözlərinə görə, “Qazprom eksport”dan alınan qaz ucuzluğuna Azərbaycan qazından sonra ikinci yerdə gəlir.

Xristov bu sözləri Yunanıstan-Bolqarıstan interkonnektorunun tikintisinin gedişatına nəzarətlə bağlı iclasdan sonrakı çıxışında söyləyib.

Nazir qeyd edib ki, sentyabr ayında Yunanıstan yolu ilə tədarük ediləcək iki Sıxılmış Təbii Qaz partiyasının qiyməti “Qazprom”dan alınan qazdan 50% baha başa gəlir.

Gələn həftə Rosen Xristovun dəvəti ilə Yunanıstan ilə Rumıniyanın energetika nazirlərinin Bolqarıstana səfər edəcəkləri gözlənilir. Nazirlər layihənin ümumi inkişafını müzakirə edəcəklər.

Bu ilin sentyabr ayından etibarən Azərbaycan qazı Bolqarıstana çatdırılacaq. Hazırda Bolqarıstan Yunanıstan ərazisi vasitəsi ilə qaz alır.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.059170