Nazir: Azərbaycandan Ermənistana enerji ötürüləcək

2023-09-11 10:34:14

Nazir: Azərbaycandan Ermənistana enerji ötürüləcək

Kreml mövcud infrastrukturdan istifadə etməklə 300 MVt elektrik enerjisinin Azərbaycan vasitəsilə Ermənistana, daha sonra isə İrana ixracı imkanları barədə Tehran və Bakı ilə danışıqlar aparır.

Hurriyyet.az xəbər verir ki, bunu Rusiya Energetika Nazirliyinin rəhbəri Nikolay Şulqinov bildirib.

O deyib: “İndi sadəcə olaraq elektrik enerjisinin Azərbaycan ərazisi ilə Ermənistana, oradan İrana və ola bilsin, daha da başqa ölkələrə çatdırılması imkanlarını nəzərdən keçiririk. Birinci mərhələdə Tehran və Bakı ilə razılaşırıq ki, yeni tikinti aparılmadan mövcud infrastrukturdan istifadə etsinlər”.

Şulqinov əlavə edib ki, danışıqlarda iştirak edən bütün tərəflər bu layihədə maraqlıdır.

Bundan əvvəl N. Şulqinov və Qazaxıstanın energetika nazirləri Almasadam Satkaliyev 2033-cü ilin sonuna qədər neft tranzitinin həcminin hər il 10 milyon tona çatdırılması haqqında saziş imzalayıblar.

Tərəflər, həmçinin elektrik enerjisi sahəsində əməkdaşlığı müzakirə ediblər. Moskva enerji obyektlərinin tikintisi və modernləşdirilməsi, avadanlıqların istehsalı və təchizatı sahələrində birgə layihələr həyata keçirməyə hazırdır.

yenisabah.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.137557