Nazim Bəydəmirlidən Saleh Rüstəmli ilə bağlı açıqlama: ““Başkənd əməliyyatı” Gədəbəy RİH səviyyəsində hazırlanan əməliyyat olmayıb”

2022-05-30 21:20:00

Nazim Bəydəmirlidən Saleh Rüstəmli ilə bağlı açıqlama: ““Başkənd əməliyyatı” Gədəbəy RİH səviyyəsində hazırlanan əməliyyat olmayıb”

“Gədəbəyin keçmiş icra başçısı azadlıqda olduğundan, artıq onun “Başkənd əməliyyatları”nda rolu haqqında reallığı yazmağınızı, danışmağınızı tövsiyyə edirəm. Xalq olaraq əksər rəvayətləri reallıq kimi qəbul etməyə alışmışıq!”

Bunu sabiq deputat Nazim Bəydəmirli bildirib.

N.Bəydəmirli qeyd edib ki, S.Rüstəmlini həbs olunduğu gündən azad olunanadək müdafiə edib, onunla bağlı “Başkənd fatehi” və s. ilə bağlı şişirdilmiş yazılara, danışılanlara tolerant qalıb: “Fikirləşdim ki, adamı azad etmək üçün AXCP tərəfdarları və məlumatları az olanlar onu “Başkənd əməliyyatlarını hazırlayıb, həyata keçirən və fateh” adlandırırlarsa, qoy yazsınlar, paylaşsınlar və danışsınlar, təki azad olunması üçün şərait yaransın. “Başkənd əməliyyatı” Gədəbəy RİH səviyyəsində hazırlanan əməliyyat olmayıb, onu hazırlayıb həyata keçirənlərin əksəriyyəti artıq həyatda yoxdurlar, onların haqqını heç kəs başqasının lehinə yazmasın!” \\Pravda.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya