Nazilə: “Uşaq geyim və oyuncaq butiklərinin hamısından beh almışam”

2023-02-16 20:58:00

Nazilə: “Uşaq geyim və oyuncaq butiklərinin hamısından beh almışam”

“Nəvəm 2 kiloqram, 900 qramdır. Bu boyda siçovula görə, Nazilənin statusu dəyişir. Çox balacadır”.

Bu sözləri şairə Nazilə Səfərli qonaq olduğu “7 canlı” axşam şousunda deyib.
Bir neçə gün əvvəl nənə olan Nazilə hisslərini bu cür ifadə edib:
“Nəvəmi görməyə getmişdim. Ona baxıb deyirəm ki, altı ay yatmağa vaxtın var. Altı aydan sonra uşaq geyim və oyuncaq butikləri hamısı bizi gözləyir. Hamısından beh almışam. Kişi yatmaz, durar işləyər. Şərikik, dur, işləyək.
Özüm-özümə danışıram. Hələ mənə nənə olmaq çatmır. Çünki beynim hələ nənə olmaq üçün format olunmayıb. Amma hiss edirəm ki, evimizdə bir can, soyadımda artım var. Oğlumun gözəl sözü oldu. O oğlunu qucağına alanda, mənə təşəkkür etdi.
Hər valideyin bizim kimi cəfakeş olmur. Elə valideyn var ki, dünya aləm vecinə deyil. Ola bilər, evdə az olmuşam. Amma uşaqlarımı cəmiyyətə yararsız etməmişəm. Bunu hamı da bilir. İnanıram ki, atası nəvəmə yaxşı tərbiyə verəcək”. \\Yenilik.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.205152