Saat:01:00
Haqqımızda

Nazilə Səfərli qiymətləri açıqladı: Bir xına gecəsi 55 min manat - VİDEO

2025-12-15 16:14:18

Nazilə Səfərli qiymətləri açıqladı: Bir xına gecəsi 55 min manat - VİDEO

Şair Nazilə Səfərli təşkil etdiyi xına mərasimləri ilə bağlı məbləğlərə aydınlıq gətirib.

Hurriyyet.az xəbər verir ki,  “Rəngarəng” proqramında qonaq olan Səfərli bildirib ki, bir xına gecəsinin ümumi xərci təxminən 55 min manat təşkil edir. Onun sözlərinə görə, bu məbləğdən özünə qalan qazanc 3500 manatdır.

Səfərli qeyd edib ki, çəkiliş heyətinə 4 min manat ödənilir, ansambla ayrılan vəsait isə 3200 manatdır. Tədbirdə iştirak edən iki Xalq artistinin hər birinə 10 min manat verilir və adətən xına mərasimlərinə məhz iki Xalq artisti dəvət olunur. Rəqs qrupunda isə 20 nəfər iştirak edir və hər rəqqas 100 manat qonorar alır.

O, həmçinin dekor xərclərinin geniş aralıqda dəyişdiyini vurğulayıb: “Elə dekor var ki, 2 minə başa gəlir, eləsi də var 22 minə, hətta 50 min manata qədər yüksəlir”. Tədbirdə oriental və dicey çıxışlarının da olduğunu deyən Səfərli, bu ifaçıların hər birinə 500-1000 manat arası ödəniş edildiyini əlavə edib. Davul-zurna dəstəsinin də mərasimdə yer aldığını bildirən şair, dəstədəki hər musiqiçiyə 100 manat verildiyini və adətən qrupun 4-5 nəfərdən ibarət olduğunu söyləyib.