Nazilə Fatimədən 50 min tələb edir? - Açıqlama

2022-12-26 22:52:00

Nazilə Fatimədən 50 min tələb edir? - Açıqlama

Şair Nazilə Səfərlinin vəkili Fuad Bədəlov onun rəqqasə Fatimə Fətəliyevadan 50 min manat təzminat istəməsi iddiasını təsdiqləyib.

Hurriyyet.Az xəbər verir ki, bu barədə hüquqşünas Olay-a açıqlama verib. Əvvəlcə Səfərli ilə əlaqə saxlasaq da, o, mövzu barədə danışmaq istəməyərək bizi vəkilinə yönləndirib.

F. Bədəlov bildirib ki, müvəkkili Fətəliyevadan mənəvi təzminat tələb edib: "50 min manat mənəvi təzminat istənilir. Hələ ki, iş ekspertizadadır, icraat dayandırılıb".

Qeyd edək ki, Nazilənin rəqqasədən 50 min manat təzminat istəməsi xəbərini axsam.az saytı yayıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.168719