Saat:18:32
Haqqımızda

Nazarbayev sağdır və Qazaxıstandadır! Xalqa müraciət etdi

2022-01-18 15:25:00

Nazarbayev sağdır və Qazaxıstandadır! Xalqa müraciət etdi

Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, Qazaxıstan Respublikasının ilk Prezidenti Nursultan Nazarbayev qazax xalqına müraciətlə çıxış edib.

Elbaşı Nursultan Nazarbayevin videomüraciəti bu gün onun mətbuat xidmətinin “Yutub” kanalında yayılıb. Bu, onun 2022-ci ildə ilk görüntüsüdür. Bəlli olduğu kimi, Yeni il başlanandan bəri maye qazın ikiqat bahalaşması ilə bağlı Qazaxıstanda kütləvi etirazlar başladı və sonra bu etirazlar KTMT hərbçiləri tərəfindən qanla yatırıldı. Keçmiş prezidentin kütlə arasında uzun müddət görünməməsi bir sıra şayiələrə səbəb oldu. 81 yaşlı ümummilli liderin xəstəliyi, xaricə köçməsi, hazırkı Prezident Kası-Jomart Tokayevlə mümkün konflikti barəsində şayiələr gəzirdi. Rusiyalı qalmaqallı deputat Vladimir Jirinovski isə onun öldüyünü bəyan eləmişdi.

Videoda Nazarbayev qazax və rus dillərində müraciət edir. O, dövlət bayraqlarının fonunda çıxış edərək, baş vermiş hadisələrlə bağlı təəssüfləndiyini bildirib və şayiələri yalanlayıb. Nazarbayev deyib: “Mən 2012-ci ildə səlahiyyətlərimi hazırki Prezident Kası Jomart Tokayevə vermişəm və o zamandan bəri təqaüdçüyəm. Hazırda da Qazaxıstanın paytaxtında, xidmətimlə qazandığım istirahətdəyəm və heç hara getməmişəm”.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR