Saat:10:58
Haqqımızda

"Nazarbayev klanına qarşı başladılmış qismən lüstrasiyanın küləyi artıq Özbəkistanı vurub" - XAQANİ CƏFƏRLİ

2022-01-19 13:22:00

"İslam Kərimovun kiçik qızı Lola Kərimova-Tillyayevaya və onun həyat yoldaşı Timur Tillyayevə məxsus olan ticarət mərkəzi əllərindən alınıb"

"Qazaxıstanda keçmiş prezident, "Elbaşı" Nursultan Nazarbayev klanına qarşı başladılmış qismən lüstrasiyanın küləyi artıq Özbəkistanı vurub. Özbəksitanın mərhum diktatoru İslam Kərimovun kiçik qızı Lola Kərimova-Tillyayevaya və onun həyat yoldaşı Timur Tillyayevə məxsus olan Özbəkiststanın ən böyük ticarət mərkəzi "Əbu Səhih" bazarı əllərindən alınıb". Hurriyyet.az xəbər verir ki, bu fikirlər politoloq Xaqani Cəfərliyə məxsusdur.

Politoloqun sözlərinə görə, "Əbu Səhih" Ticarət Mərkəzinin sahibi dəyişdikdən sonra büdcəyə daxil olmalar 14 dəfə artıb: "İslam Kərimovun böyük qızı Gülnarənin Böyük Britaniya, Almaniya, İspaniya, İrlandiya, Fransa, İsveçrə, İsveç, Malta, Latviya, Rusiya, Honkonq və Birləşmiş Ərəb Əmirlyində mülkü və ofşor hesabları, eləcə də şirkətləri vardı. Özbəkistan prokurorluğunun tələbi ilə onların hamısının üzərinə həbs qoyulub. İslam Kərimovun kiçik qızı da böyük bacısı kimi Qərbdə mülklərə və ofşor hesablara malikdir. İslam Kərimovun kiçik qızı Lola Kərimova-Tillyayevaya Cenevrdəki villasını 2010-cu ildə 41 milyon avroya, Los-Ancelesdəki dəbdəbəli Le Palais sarayını 58 milyon dollara alıb. Lola Kərimova-Tillyayevayanın Los-Ancelesdə dəyərləri 6 milyon dollar civarında olan daha üç mülkü var. Bu mülklər bir qayda olaraq kirayə verilir".

Xaqani Cəfərlie qeyd edib ki, Lola Kərimova-Tillyayevaya və həyat yoldaşı Timur Tillyayev yalnız 2013-2014-cü illərdə korrupsiya mexanizmləri vasitəsilə Özbəkistandan 127 milyon dollar çıxararaq, Birləşmiş Ərəb Əmirliyi və İsveçrədəki gizli ofşor hesablara yatırıblar: "Lola Kərimova-Tillyayevaya və həyat yoldaşı Timur Tillyayevin adları korrupsiya, çirkli pulların yuyulması və xaricdə məmurların rüşvətlə ələ alınmasına cəhd kimi cinayət əməllərində çəkilir. Belə görünür ki, Nazarbayev klanına qarşı başladılmış qismən lüstrasiyanın doğurduğu təsirlər hələ uzun müddət davam ediləcək. Bu proses bütün postsovet respublikalarında gerçək lüstrasiya keçirildikdən sonra bitəcək".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR