Saat:12:05
Haqqımızda

Naxçıvanlı iş adamına "stop" tələb olunur

2023-10-30 12:15:13

Naxçıvanlı iş adamına

Tanınmış iş adamı Şəadət Məhərrəmovun Azərbaycandan çıxışı məhdudlaşdırıla bilər.

Məlumata görə, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə müraciət olunub.

Belə ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi Ş.Məhərrəmovun vergi borcuna görə məhkəməyə ərizə ilə müraciət edərək biznesmenin Azərbaycandan çıxışına "stop" qoyulmasını xahiş edib.

İşə hakim Elşən Salmanovun sədrliyi ilə baxılacaq.

Məhkəmə ərizəni təmin etsə, Məhərrəmov Şəadət Rəsaəddin oğlunun Azərbaycanı tərk etmək hüququ müvəqqəti məhdudlaşdırılacaq.

Qeyd edək ki, Ş.Məhərrəmov "Orlondo LT CORP" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisidir. Bu şirkət 2021-ci ilin dekabrında yaradılıb. Qısa müddət ərzində sözügedən şirkət ölkədə bir çox tenderlərin qalibi oilub.

İqtisadiyyat.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.613565