Saat:23:54
Haqqımızda

NAXÇIVANIN "ZƏHƏRLƏNƏN" TARİXİ… - Eldar Sabiroğlu yazır

2022-11-28 21:51:00

NAXÇIVANIN

Naxçıvanın tarixini zəhərlədi Vasif "xan". Bu gözəl diyarı elə yaman günə qoydu ki, illər keçəcək, lakiin onun vurduğu yaraları sağaltmaq, bu müqəddəs torpağın "canına, ruhuna" axıtdığı çirkab suları, haramçılığı təmizləmək çətin olacaq. Axı, Naxçıvan layiq deyildi onu  bu cür amansız və qorxunc bir uçurumun qənşərində dayandırıb, sonra da rahatca havasını-suyunu udaraq varını-dövlətini oğullarınla, başına yığdığın rüşvətxor, talançı komandanla bölüşdürüb viranə qoydun!!! Bəlkə  kar qulaqların eşitdi bu vətəndaş harayımı. Adamın üzündə bir həya-abır olar.  Niyə çıxıb getmirsən öz xoşluğunla!?  Sən həm də xəyanətkarsan...

Milli mədəniyyətimizin, elmimizin, dünyaca tanınan alimlərimizin beşiyi olan, ömründə bir kitab üzü açmayan, ikslə ikrikin fərqini belə anlamayan birisinin Naxçıvana rəhbər təyin edilməsi görsənir ki, baş verməməliydi. Rəhmətlik Heydər Əliyevin hər kəsə nəsib olmayan  çox nəcib bir insani xarekteri vardı.İynənin ucu qədər ona yaxşılıq edənə əvəzində böyük xeyirxahlığını göstərərdi. Bir KİŞİ İDİ, GƏLDİ VƏ GETDİ. Heç kimə də borclu qalmadı bu dünyada!!!  Haramı olsun Vasifin. Bu da ona bəslənilən ümidlərin və inamın cavabı. Bir-bir Naxçıvanda dövlət strukturları ləğv olunur. Bir həftə əvvəl akademiyaya prezident təyin edilən Həbibbəyli  gömrüyün rəisi olan geydirmə general oğlundan xəbərsizdi.

Eldar SABİROĞLU

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR