Saat:04:11
Haqqımızda

Naxçıvanın təmizlik işçiləri Məşğulluq İdarəsindən narazıdır

2023-12-04 22:40:00

Naxçıvanın təmizlik işçiləri Məşğulluq İdarəsindən narazıdır

“327 manat əmək haqqı verirlər, səhərdən axşama kimi bizi işlədirlər”

Naxçıvan şəhəri, Culfa rayonunun bir qrup qadın sakinləri tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər iddia edirlər ki, Məşğulluq İdarəsi onları iş saatından artıq çalışdırır, qarşılığında isə əlavə ödəniş verilmir:

“Biz, bir qrup qadın, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də şikayət etmişik. Şikayətimizdən sonra bizi işlə təmin etdilər, amma indi də Məşğulluq İdarəsi bizi incidir ki, iş istədiniz, verdik, indi də bizim dediklərimizi etməlisiniz. Bizə deyirlər ki, saat 9-dan 1-ə kimi işinizi görün, 1-də nahara gedin, daha sonra işinizin başına qayıdın.

Hər birimiz onlara müraciət edib bildirdik ki, evdə ailəmiz, uşağımız, problemimiz var, o qədər iş saatı olar? 327 manat əmək haqqı verirlər, səhərdən axşama kimi bizi işlədirlər.

Səkinin üzərində oturmaqdan bir neçə nəfər qadın hal-hazırda iynə-dərmandadır. Hara şikayət ediriksə, bizə cavab vermirlər. Culfa İcra Hakimiyyəti deyir ki, bizlik deyil, kim sizə iş verib, gedin o da həll etsin. Qalmışıq çarəsiz vəziyyətdə.

Sizin sayt vasitəsilə hörmətli Fuad Nəcəfliyə müraciət edirik: “Bu soyuq aylarda kuçələrdə qalmışıq, xahiş edirik, bizə kömək edin. Biz xadimələrə zülm edirlər, saatdan artıq işlədirlər”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.236285