Saat:03:55
Haqqımızda

Naxçıvanın məşhur daxili işlər naziri azadlığa buraxıldı - Xəstəxanaya yerləşdirildi

2022-11-28 21:39:00

Naxçıvanın məşhur daxili işlər naziri azadlığa buraxıldı - Xəstəxanaya yerləşdirildi

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədov azadlığa buraxılıb.

General-leytenant Ə.Əhmədov bu gün günorta saatlarında həbsdən azad edilib.Hazırda vəziyyəti pis olduğu üçün Naxçıvanda xəstəxanaya yerləşdirilib.

Bildirək ki, Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədov bu günlərdə azad olunması üçün Ali Məhkəməyə kasasiya şikayəti verib.

Qeyd edək ki, Ə.Əhmədov 2017-ci ilədək Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsində çalışıb.O, 2017-ci ildə vəzifəsindən azad olunduqdan sonra həbs edilib.\\Manşet.Az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR