Saat:17:12
Haqqımızda

"Naxçıvanın 3 gömrük məntəqəsindən hər gün qeyri-rəsmi yığılan haqların həcmi bir neçə milyona çatıb" - RÖVŞƏN AĞAYEV

2022-12-02 15:39:00

"Naxçıvanın kağız üzərində olan 450 min nəfər əhalisinin təxminən, 150-200 min nəfəri dözülməz şərtlər altından yaşamamaq üçün Muxtar Respublikadan baş götürüb qaçıb"

"Naxçıvandan olan bir tanış deyir ki, Türkiyədən 5 litrini 33 manata aldığımız, amma hətta şəxsi istehlak üçün gömrükdən keçirməyə imkan verilməyən zeytun yağı Muxtar Respublikada 65 manata satılırdı. Son günlər bu yağın qiyməti artıq 40 manat ətrafında qərarlaşıb. Gömrüyün imtiyaz verdiyi idxalatçılar uzun illər bax, beləcə qaz vurub qazan doldurdu. Həmin şəxs kifayət qədər məlumatlıdır və deyir ki, Naxçıvanı İran və Türkiyə ilə birləşdirən 3 gömrük məntəqəsindən hər gün qeyri-rəsmi yığılan haqların həcmi bir neçə milyona çatıb və bu proses 30 ilə yaxındır davam edir". Hurriyyet.az xəbər verir ki, bunu İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini, iqtisadçı ekspert Rövşən Ağayev bildirib.

Bu yaxınlarda şagird sayı və kommunal xidmətlərin abonentlərinin sayına əsasən müqayisəli araşdırma apardığını vurğulayan iqtisadçı ekspertin sözlərinə görə, Naxçıvanın kağız üzərində olan 450 min nəfər əhalisinin təxminən, 150-200 min nəfəri belə dözülməz şərtlər altından yaşamamaq üçün Muxtar Respublikadan baş götürüb qaçıb: "Amma məsələ bir şəxsdə və ya onun ətrafındakı 3-5 nəfərlə bağlı deyil. Korrupsiyanın işləmə mexanzimini nəhəng bir magistral su kanalından suyun daha kiçik kanallarla paylanması ilə müqayisə edin. Əgər magistral kanal betondan deyilsə, özülü torpaqdırsa, su bütün kanal boyu sıza-sıza itkiyə gedəcək. Onun ayrı-ayrı kanallarla əlaqəsi şlyüzlər vasitəsilə təmin edilmirsə, kim hardan istəyir bu magistral kanala müdaxilə edib özünə su apara bilirsə, üstəlik bu kiçik paylaşdırıcı kanlların özülü də topraqdırsa, suyun israfçılığını və itkilərini təsəvvür etməyə çalışın. İndi bu nümunədən çıxış etsək, dövlət maliyyəsinin formalaşdığı hissə magistral kanaldır, müxtəlif qurumların ordan aldığı pay isə kiçik kanallar vasitəsilə bölüşdürülən məbləğlərdir. Bu magistral kanal və paylayıcı kanalların hər tərəfi deşik-deşikdirsə, günah bu kanalı təmir etməyən, beton kanallarla, nəzarətedici və tənzimləyici şlyüzlərlə təmin etməyən məsul ail qurum və şəxslərdədir. Sadəcə özünü balina sayan, amma reallıqda kiçik kilkə olanlar unutmasın ki, lazım olanda tor atıb, ya da elektrik cərəyanı verib onları elə həmin dəlmə-deşik kanallarda da topdan boğurlar".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR