Naxçıvandakı mağazaların ƏDV hiyləsi - VİDEO
2022-12-24 00:06:00

Naxçıvanda ƏDV-nin geri qaytarılması prosesində problem olduğu bildirilir.
Baku TV-nin əməkdaşı məlumatları dəqiləşdirmək üçün Naxçıvandakı marketlərdən birindən alış-veriş edib və ƏDV çekinin oxudulması baş tutmayıb. Sakinlər də sözügedən problemlə qarşılaşdıqlarını təsdiqləyiblər.
Naxçıvan Dövlət Vergi Xidmətinin sözçüsü Qəzənfər Bayramov isə Baku TV-yə açıqlamasında ƏDV-nin geri qaytarılması ilə bağlı müraciətlərin daxil olduğunu bildirib.
O qeyd edib ki, artıq yeni nəsil kassa aparatlarının quraşdırılması işi həyata keçirilir. Bu günə kimi 50-yə qədər sahibkarlıq obyektində bu aparatların quraşdırılması işi yekunlaşıb.
Daha ətraflı süjetdə:
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya