Saat:04:02
Haqqımızda

Naxçıvanda zabitlər raport yazdı, Kərəm Mustafayev təcili iclas keçirdi

2023-01-18 13:40:00

Naxçıvanda zabitlər raport yazdı, Kərəm Mustafayev təcili iclas keçirdi

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun bir qrup zabiti tərxis olunmaq üçün öz hərbi hissə komandirlərinə raport yazıblar. 

Hurriyyet.az xəbər verir ki, bu haqda məlumatı “Gündəlik Naxçıvan“ kanalı yayıb. Xəbərdə bildirilir ki, onlar, ordu komandanı general-polkovnik Kərəm Mustafayevin haqsızlıqlarına etiraz edərək, bu addımı atıblar. 

Məlumat verən zabitlər deyib ki, raport yazanlar hərbidə ən az 20 il xidmət edən zabitlərdir. Ordunun baş qəragahındakı mənbənin məlumatına görə, kütləvi etirazların qarşısını almaq üçün, Kərəm Mustafayev yanvarın 17-də təcili iclas keçirib:

“Kərəm Mustafayev əvvəllər belə etirazları ciddi qəbul eləmirdi, əksinə etiraz edənləri sərt cəzalandırırdı. Naxçıvanda hakimiyyət dəyişəndən sonra o da qorxuya düşüb. Dünən təcili iclas çağırıb, dedi ki, bu etiraz böyüyüməməlidir, Bakıdakılar xəbər tutmamalıdır. 

5 saata yaxın sürən iclasın sonunda əvvəllər haqsızlığa uğrayaraq rütbəsi, vəzifəsi əlindən alınan bir neçə zabitin əvvəlki vəzifəyə və rütbələrinə qaytarılması ilə bağlı göstəriş verdi. Hesab edir ki, bu yolla zabitləri sakitləşdirəcək. Ancaq, general indiyə kimi o qədər zabitin evini yıxıb ki, bu yolla etirazların qarşısını ala bilməyəcək”.

Tərxis olunmaq üçün raport yazan zabitlərdən R. Tağıyev deyir ki, əslində o, Azərbaycan ordusunda qalıb, vətənə xidməti davam etdirmək istəyir. Lakin, Naxçıvan ordusunda uzun illərdir üzləşdiyi haqsızlıqlara görə, tərxis olub, yaxasını qurtarmaq istəyir:

“Biz qalıb məmnuniyyətlə ordumuzda xidmət etmək istəyirik. 20 il xidmət etmiş zabitlər ən təcrübəli, orduya lazımlı zabitlərdir. Lakin, Kərəm Mustafayev başımıza elə oyunlar açıb ki, bezmişik xidmətdən. 

O, bizə özünün şəxsi nökəri kimi baxır, maaşımızı kəsir, rütbəmizi azaldır, etiraz edənləri cəzalandırır, həbsə atdırır. Biz onun qardaşı, heç bir hərbi rütbəsi olmayan Nemət Mustafayevin qarşısında təzim etməliyik, onun tikintisində qul kimi işləməliyik. 

Naxçıvan Ordusu həm də korrupsiyanın, rüşvətin içində boğulur. Ümid edirik ki, Müdafiə Nazirliyi müdaxilə edib, vəziyyəti nizamlayacaq. Yoxsa, Naxçıvanda daha pisini yaşadacaqlar bizə”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR