Saat:09:41
Haqqımızda

Naxçıvanda xəstəxana işçiləri Fuad Nəcəfliyə müraciət etdilər - FOTO

2023-02-01 13:27:00

Naxçıvanda xəstəxana işçiləri Fuad Nəcəfliyə müraciət etdilər - FOTO

Naxçıvan MR Yolxucu Xəstəliklər Mərkəzinin 47 nəfər əməkdaşı Hurriyyet.az saytı vasitəsi ilə Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə müraciət ünvanlayıb.

Tibb işçiləri müraciətlərində maaşdan əlavə, almalı olduqları bəzi müavinət və əlavələrdən məhrum olunduqlarını bildiririr, məsələnin araşdırılmasını istəyirlər.

Müraciəti olduğu kimi təqdim edirik:

"Yolxucu Xəstəliklər Mərkəzi 2020-ci il fevar ayından publik hüquqi şəxs kimi fəaliyyət göstərsə də, Naxçıvan MR-in digər xəstəxanalarında əmək haqqılarında sığortaya görə 50 % artım olduğu halda, Yolxucu Xəstəliklər Mərkəzinə bu sərəncam şamil olunmayıb. Dəri zöhrəvi xəstəliklər şöbəsi təhlükəli yolxucu  xəstəliklərin laborator müayinəsi və müalicəsi ilə məşğul olmasına baxmayaraq, əlavə faizlə də təmin olunmur.

Yolxucu Xəstəliklər Mərkəzinin işçiləri sığorta və publik pulu ilə təmin olunmur. Korana xəstələrinin müayinəsi, müalicəsi, qulluğu ilə məşğul olmağımıza baxmayaraq, prezidentimizin sərəncamı ilə ayrılan müavinətdən yararlana bilməmişik".

Müraciətin sonunda Fuad Nəcəflidən kollektivin şikayətinin araşdırılması xahiş olunur.

Məsələ ilə bağlı TƏBİB-in 24 saat fəaliyyət göstərən "Qaynar xətt"i ilə əlaqə saxlamağa çalışsaq da, 2 saat müddətində yığdığımız əlaqə nömrələri məşğul göstərirdi.

Jalə FAMİLQIZI

 

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR