Saat:10:32
Haqqımızda

Naxçıvanda Vasif Talıbovun ƏNƏNƏLƏRİ YAŞAYIR! - "Ümid yerimiz Fuad Nəcəfli də iməclikdə idi"

2023-03-11 17:16:00

Naxçıvanda Vasif Talıbovun ƏNƏNƏLƏRİ YAŞAYIR! -

Naxçıvandan mənə yazırlar: "Ümid yerimiz Fuad Nəcəfli də iməclikdə idi"

Mənə ünvanlanan məktub:

"Bu gün yenə hamı bir nəfər kimi iməclikdəydi. Hətta bu dəfə camaatı çox daha möhkəm işlətdilər. Əvvəllər yalnız əkilmiş ağaclara qulluq edirdiksə, indi şələ-şələ ting gətirdilər ki, Əliabadın torpağını qazıb basdıraq. Heç kim etiraz da edə bilmədi. Çünki "camaatın ümid yeri" Fuad müəllim də ordaydı və bugünki iməclik şəxsən onun tapşırığı ilə keçirilirdi".

Cavabım:

"Dünyanın heç bir yerində zorla iməclik yoxdur, ola da bilməz. İməclik könüllülük prinsipinə söykənən bir təşəbbüsdür. Yeri gələndə pis təşəbbüs də deyil. İstəyən bu təşəbbüsə qoşular, istəyəməyən isə istirahət hüququndan istifadə edib iməcliyə çıxmaz.

O ki qaldı Fuad müəllimə, o da bu ölkənin vətəndaşıdır və onun da iməcliyə çıxmaq hüququ var. İstəsə hətta Azər Zeynalovla əl-ələ verib hər gün 24 saat Naxçıvan küçələrinin təmizliyi ilə məşğul ola bilər. Biz ona nə deyə bilərik? Amma heç kimin, o cümlədən Fuad müəllimin də vətəndaşı zorla iməcliyə çıxarmaq hüququ yoxdur və yəqin ki, buna cəhd də etmir. Lenin kimi özü ağacın yoğun tərəfini çiyninə alıb vətəndaşlar üçün bir nümunə yaratmağa çalışır və yenə də deyirəm, bu onun hüququdur. Ona qoşulub-qoşulmamaq isə Naxçıvan əhlinin öz seçimidir.

Heydər Oğuz 

ovqat.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR