Saat:19:37
Haqqımızda

Naxçıvanda son durum: Əhali sevinir ki...

2022-11-29 12:15:00

Naxçıvanda son durum: Əhali sevinir ki...

Son günlər Naxçıvan Muxtar Respublikasında dövlət məmurlarının həbsi yerli əhalidə ruh yüksəkliyi yaradıb. Adamlar sevinirlər, ümid edirlər ki, bu tədbirlər yarımçıq qalmayacaq və region rəhbərliyinin dəyişməsilə başa çatacaq. 

Hurriyyet.az xəbər verir ki, bu barədə Turan-a yerli sakinlər bildiriblər. Onlar Naxçıvan gömrük əməkdaşlarının həbsindən dərhal sonra başlayan dəyişikliklər barədə fikirlərini bölüşüblər.

Belə ki, artıq gömrükçülər Türkiyə tərəfdən sərhədi keçənlərdən 30 kiloqramdan çox yükə görə rüşvət tələb etmirlər. İndiyədək adamlar gətirdikləri məhsullardan asılı olaraq, artıq çəkiyə görə 25-50 manat ödəyirdilər (ərzaq üçün rüşvət daha yüksək idi).

Eyni zamanda Naxçıvan gömrüyündə yeddi qapıdan yalnız biri açıqdır və adamlar gömrük nəzarətindən keçmək üçün saatlarla dayanmağa məcbur olurlar. Vətəndaşların digər qapıları açmaq çağırışlarına gömrükçülər cavab verirlər ki, işçi çatışmır.

İran tərəfdə də oxşar vəziyyətdir.  Azərbaycan tərəfi əvvəllər adamların istifadə etdikləri əl arabalarını yığışdırdığına görə adamlar iki kilometr məsafədə öz yüklərini əllərində daşımağa məcburdur. Heç kim bunun səbəbini izah etmir.

Naxçıvanda monopoliya hökm sürür, Türkiyə və İrandakı qiymətlərlə müqayisədə qiymətlər xeyli bahadır (2-3 dəfə) və adamlar alış-verişə getməyə məcbur olurlar. Halbuki, onları ayda bir dəfə gətirmək olar və bütün bunlar gömrükçülər tərəfindən kompüterdə qeydə alınır.

Yerli istehsallı məhsullara gəlincə, onlar gömrüyə və bütün digər strukturlara nəzarət edən yerli dövlət məmurlarının müəssisələrində istehsal olunur. Onlar adamların ucuz idxal malları almasında maraqlı deyil, çünki onların məhsulları satılmır.

Naxçıvan ali rəhbərliyinə gəlincə, o, gömrük rəhbərliyinin və maliyyə nazirinin həbsinə susur. Yerli əhaliyə bu barədə heç bir izahat verilməyib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR