Saat:09:21
Haqqımızda

Naxçıvanda qanunsuz hərbi forma geyinən şəxslə bağlı qərar

2025-06-09 12:02:26

Naxçıvanda qanunsuz hərbi forma geyinən şəxslə bağlı qərar

Naxçıvanda qanunsuz hərbi forma daşıyan şəxs barəsində tətbiq edilən inzibati xəta haqqında protokol təsdiq edilib.

Hurriyyet.az Trend-ə istinadla xəbər verir ki, hadisə Ordubad rayonunun Xurs kəndi ərazisində baş verib.

Təqsirləndirilən şəxsin izahatından görünür ki, qanunsuz daşıdığı hərbi geyimdə olarkən Xurs kəndində "Dərə" adlanan yerdə polis sahə rəisi onu görüb və barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Şəxs həmi izahatı imzalayaraq inzibati xətanı törətdiyini qəbul edib.

Ordubad Rayon Məhkəməsinin qərarı ilə şəxs İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın obyekti olan hərbi geyim forması müsadirə edilib. O, 300 manat məbləğində inzibati qaydada cərimələnib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.375552