Naxçıvanda məşhur general işdən çıxarıldı
2022-12-27 10:50:00
.jpg)
"Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri haqda xəbər yayılıb.
Hurriyyet.az Globalinfo.az-a istinadən xəbər verir ki, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri general-leytenant Niyaməddin Tağıyev tutduğu vəzifəsindən çıxarılıb.
N.Tağıyev paralel olaraq Dövlət Sərhəd Xidməti rəisinin müavinidir. Onun Bakıya çağırıldığı deyilir.
Başqa məlumata görə, Niyaməddin Tağıyevin yerinə artıq təyinat olub. Bakıdan göndərilən polkovnik Bəhmən Babayevin “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri vəzifəsinə təsdiqləndiyi bildirilir.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya