“Naxçıvanda hərbçilər qara çantalarla işə gedib-gəlməyə məcbur edilir” - VİDEO

2023-01-06 00:28:00

“Naxçıvanda hərbçilər qara çantalarla işə gedib-gəlməyə məcbur edilir” - VİDEO

“Naxçıvandakı hərbi hissələrin zabit və gizirləri uzun illərdir ki, qara rəngli çantalarla işə gedib-gəlməyə məcbur edilir. Naxçıvan Əlahiddə Ordusunun komandanı general-polkovnik Kərəm Mustafayevin şəxsi təşəbbüsü və istəyi ilə tətbiq edilən bu qaydanı pozanlar ciddi cəzalandırılırlar”.
Hurriyyet.Az xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan”ın yaydığı məlumatda bildirilib.
Naxçıvan şəhərindəki hərbi hissələrin birində gizir olaraq çalışmış, Şahbuz rayon sakini Əfsun Qəhrəmanov da bu qaydaları pozmaqda ittiham edilərək cəzalandırıldığını deyib.
Cəza olaraq ona hərbi hissənin hamamını öz hesabına təmir etdirmək tapşırılıb.
O isə həm bu, həm də hərbi hissədəki digər pozuntularla bağlı Naxçıvanın hərbi prokurorluğuna müraciət edib.
Məlumatda bildirilib ki, bundan xəbər tutan hərbi hissə rəhbərliyi onu döyüb, komandan Kərəm Mustafayev isə ən ağır maddə ilə (Maddə156, e) işdən azad edib.
İşsiz qalan gizir bu maddə səbəbindən müraciət etdiyi bütün işlərdən rədd cavabı aldığını qeyd edib.
Daha ətraflı:


 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.175133