Naxçıvanda daha bir qurumda yoxlamalara başlanılıb
2023-02-17 12:22:00

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində yoxlamalara başlanılıb.
Hurriyyet.az xəbər verir ki, Naxçıvan kənd təsərrüfatı nazirinin müavini Fikrət Həsənov məlumatı APA-nın yerli bürosuna təsdiq edib.
O bildirib ki, Azərbaycan Respublikası Hesablamalar Palatasının 2023-cü il iş planına əsasən, Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinə ayrılan vəsaitlərin və dövlət əmlakının istifadəsinin və idarə olunmasının auditi aparılır.
Yoxlamalar 1 yanvar 2022-ci il tarixdən 1 yanvar 2023-cü il tarixinədək olan dövrü əhatə edir. Fevralın 15-də başlanan yoxlamalar 18 mart tarixinədək keçiriləcək.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya