Saat:03:37
Haqqımızda

Naxçıvanda daha 2 şirkət ləğv olundu – Təfərrüat

2024-02-02 16:00:04

Naxçıvanda daha 2 şirkət ləğv olundu – Təfərrüat

Ötən ilin may ayında Naxçıvanda dövlət qeydiyyatına alınan “Naxmed-Nev” MMC (VÖEN- 0201434711) və 2014-cü ilin aprel ayında qeydiyyata alınan “Nəxşicahan Med” MMC (VÖEN- 0200728171) adlı şirkətlər ləğv olunur.

Hurriyyet.az xəbər verir ki, ləğv olunan “Nəxşicahan Med” MMC-nin hüquqi ünvanı N.Əli̇yev küçəsi, ev 5, mənzil 5-də, “Naxmed-Nev” MMC-nin isə hüquqi ünvanı Cəlil Məmmədquluzadə küçəsi, ev 1, mənzil 1-də yerləşir.

Qeyd edək ki, son zamanlar Naxçıvada “Gəmiqaya” və “Nəxşicahan” adları ilə mövcud olan onlarla şirkət arasında birləşmə və parçalanmalar qeydə alınıb. Bu şirkətlərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olması ilə bağlı mətbuatda çoxsaylı yazılar yayımlanıb.

Yeniavaz.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.202297