Saat:04:18
Haqqımızda

Naxçıvanda bu vəzifəli şəxs ayda 10 min manat maaş alır

2023-10-28 12:52:59

Naxçıvanda bu vəzifəli şəxs ayda 10 min manat maaş alır

“Naxçıvan Sağlamlıq Mərkəzi” (Əvvəlki Diaqnostika-Müalicə Mərkəzi) publik hüquqi şəxsin direktoru Əli Orucov 10 min manat əməkhaqqı alır.

Hurriyyet.az xəbər verir ki, bu barədə TNS-ə özəl mənbələrdən bildirilib.

Məlumatlı mənbənin sözlərinə görə, direktorun əməkhaqqı tibb müəssisəsinin gəlirlərinə adekvat deyil.

“Əgər direktor 10 min manat əməkhaqqı alırsa, o zaman mərkəzin baş həkiminə 7-8 min manat, həkimlərinə 4-5 min manat, tibb bacılarına isə ən azı 1500-2000 manat maaş verilməlidir. Halbuki indi bu, belə deyil. Direktordan başqa bütün tibbi heyət aşağı əməkhaqqı alır”, - məlumatda qeyd olunub.  

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.636612