Saat:03:42
Haqqımızda

Naxçıvanda bu sahənin işçiləri də etiraza qalxdı - 10 aydır, əməkhaqqı ala bilmirlər - VİDEO

2024-04-25 15:03:53

Naxçıvanda bu sahənin işçiləri də etiraza qalxdı - 10 aydır, əməkhaqqı ala bilmirlər - VİDEO

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Naxçıvan Şəhər İdarəsinin işçiləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qarşısında etiraz aksiyası keçiriblər.

Hurriyyet.az xəbər verir ki, səbəb idarə əməkdaşlarının maaşlarını ala bilməmələridir.

İşçilər deyib ki, onlar 10 aydan çoxdur, işə getsələr də, maaş ala bilmirlər. Bu vaxt ərzində bir çox yerə müraciət ediblər, lakin onların şikayətinə baxan yoxdur. Onların bəziləri artıq iki ildir ki, hesab pullarını belə ala bilmir. Səbəbini isə şikayətçilər belə izah edirlər.

Komitənin Naxçıvan Şəhər İdarəsindən bildirilib ki, məsələdən agahdırlar və 10 aydır, heç özləri də maaş ala bilmirlər. Uzun müddətdir, fəaliyyətsiz qalan idarənin həyətində olan yeni inşaat texnikaları isə çürüməyə tərk edilib. Hətta bundan idarənin öz əməkdaşları belə narahatdır. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əlaqə saxlasaq da komitədən məsələyə aydınlıq gətirən olmadı.

Daha ətraflı APA TV-nin süjetində.

TNS.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.165299