Naxçıvanda bu qadağa da aradan qaldırıldı – Sürücülərə şad xəbər
2022-12-01 17:34:00

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Naxçıvan Muxtar Respublikasında (NMR) keçirdiyi anti-korrupsiya əməliyyatlarından sonra yerli hakimiyyətin qoyduğu qeyri-qanuni qadağalar bir-birinin ardınca aradan qaldırılır.
Hurriyyet.az xəbər verir ki, Azpolitika.info-ya Muxtar Respublikadan verilən məlumata görə, bu gün MR-də daha bir qadağa ləğv edilib - istehsal tarixi 5 ildən köhnə avtomobillərin istismarına qoyulan məhdudiyyətə son verilib.
Qeyd edək ki, bu qadağa Naxçıvan əhalisində ciddi narazılıq yaratsa da, yerli rəhbərlik ictimai etirazlara məhəl qoymamışdı.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya