“Naxçıvanda boşu-boşuna cərimələnən çox adam var” – ŞƏRUR SAKİNİ ETİRAZ EDİR…

2023-01-25 16:08:00

“Naxçıvanda boşu-boşuna cərimələnən çox adam var” – ŞƏRUR SAKİNİ ETİRAZ EDİR…

Naxçıvan şəhəri, Şərur rayonu, Mahmud kənd sakini Məmmədov Hüseyn Vəkil oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Naxçıvandakı növbəti özbaşınalıqlardan yazır:

“Mən, Məmmədov Hüseyn Vəkil oğlu, yazaraq sizə bildirirəm ki, 2014-ci ildə min manata ov silahı almışam, amma istifadə edə bilmirəm. Naxçıvanda patron satılmır, başqa yerdən də gətirməyə icazə verilmir.

Mən ailəmi çətinliklə saxlayanlardanam, dağdan-daşdan pencər yığıb ailəmi dolandırıram. Təhlükəli yerlərə gedərkən silahımı özümlə aparıram. Şərur polisi deyir ki, mülkündən kənara çıxartma, icazə yoxdur. Onu da bildirirlər ki, ov etsən cərimələnəcəksən.

2014-cü ildə Naxçıvan Ekologiya Nazirliyi məni tutub, 2000 manat cərimə yazdılar. Patronum yox, gülləm yox, mənə cərimə yazırlar. Getdim şikayət etdim, mənə kəsilən cəriməni ləğv etdilər.

10.10.2023-cü ildə məni yenə dağda tutdular. Ekologiya naziri mənə ərizə yazdırdı ki, “bir də silah gəzdirsən, 1000 manat cərimə yazılacaq”.

Mənim kimi Naxçıvanda boşu-boşuna cərimələnən çox adam var. Cəriməni ödəmədikdə isə icraçıları tökürlər evin qabağına, uşaq xəstəlik tapır.

Mən bu silaha 1000 manat vermişəm ki, evdə saxlıyım?! Maşınları axtarırlar, bir bəhanə axtarırlar ki, insanlara cərimə yazsınlar. Harda rüşvət bitsə də, Naxçıvanda bitməz.

Xahiş edirəm bu məsələni işıqlandırın, bəlkə harınlamış məmurlar cəzalandırılalar”.

Jalə FAMİLQIZI


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.155617