“Naxçıvanda “Allah”lıq iddiasında olub, peşəkar zabitləri şər-böhtanlarla ləkələyənlər…” – FHN-nin keçmiş əməkdaşından ŞOK AÇIQLAMALAR

2023-01-04 13:35:00

“Naxçıvanda “Allah”lıq iddiasında olub, peşəkar zabitləri şər-böhtanlarla ləkələyənlər…” – FHN-nin keçmiş əməkdaşından ŞOK AÇIQLAMALAR

Naxçıvan şəhəri, Şərur rayon sakini Orucov Şahhüseyn Səfərəli  oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, ona haqsız yerə töhmət verilib və vəzifəsindən azad edilib:

“Mən, Orucov Sahhüseyn Səfərəli oğlu, 4 mart 1990-cı ildə Şərur rayonunun Dəmirçi kəndində anadan olmuşam. 1997-ci ildə Dəmirçi kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 2008-ci ildə həmin məktəbi bitirmişəm.

2008-ci ildə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Bakı Yanğın Texniki məktəbinə daxil olmuşam. 2011-ci ildə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Akademiyasının Yanğın Texniki Kollecini bitirmişəm.

Xidmətimi davam etdirmək üçün Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizlik İdarəsinin Kəngərli rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin Dövlət Yanğın Nəzarəti bölməsinin inspektoru vəzifəsinə təyin olunmuşam. Naxçıvan MR Fövqəladə Hallar nazirinin 29.09.2012-ci il tarixli əmrinə əsasən, Kəngərli rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin Növbətçi Yanğın söndürmə xidmətinin rəisi vəzifəsinə təyin olunmuşam.

Xidmətdə olarkən Naxçıvan Fövqəladə Hallar Nazirliyinin müavini, general-mayor Hikmət Kərimov Kəngərli rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsini yoxlamağa gəlmişdi. Bu zamanı onun sürücüsü Quliyev Əlizaminlə söhbət əsnasında o dedi ki, kəndinizdə sağlam, idmançı, hərbi xidmət keçmiş şəxslərin işə qəbulu keçiriləcək. Bildirdi ki, qəbul Hikmət Kərimovun tapşırığı ilə olacaq. Əlavə etdi ki, əgər kəndinizdə elə bir adam olsa mənim nömrəmi verərsən, Hikmət Kərimov qəbul edib işə götürəcək.

Mən də kənddə olan sinif yoldaşıma və dostuma general-mayor Hikmət Kərimovun sürücüsünün nömrəsini verdim, başqa olub-keçənlərdən xəbərim olmadı. Bunu eşidən nazir Şamı Abdullayev məni cəzalandırmağa başladı. Mənə ilk öncə töhmət, sonra xidmətə uyğunsuzluq cəzası verildi.

Xidmətdə olduğum zaman Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin rəisi Ehtiram Məmmədov şöbəyə gəldi və mənə nazir tərəfindən cəzalar verildiyini elan etdi. Bir gündə 3 cəza verildi. Cəzalar baş leytenant rütbəsindən leytenant rütbəsinə, vəzifə mayor vəzifəsindən baş leytenant vəzifəsinə, xidmət yerim Kəngərli rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsindən Ordubad rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinə dəyişdirildi. Ordubad rayonunda xidmət etdiyim zaman 3 dərəcəm əlimdən alındı.

23 aprel 2016-cı ildə nazir və nazirliyin vəzifəli şəxsləri tərəfindən imtahan götürüldü. Naxcivan MR Fövqəladə Hallar nazirinin 24 aprel 2016-cı tarixli 040/Ş N-li əmri ilə (Fövqaladə hallar orqanlarında xidmət keçmə haqqında) Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 33.1.12-ci yarım bəndinə müvafiq olaraq Fövqəladə Hallar orqanlarından xaric edilməklə, xidmət keçməyimə xitam verildi. 13 gün içində mənə bu qədər cəzalar verildi. Hər bir ədalətsiz əməl törədən şəxs hansı vəzifəni və rütbəni daşımasından asılı olmayaraq, bir gün ədalətin mühakiməsi ilə üzləşməlidir. Və o gün gəldi, Naxçıvanda “Allah”lıq iddiasında olub, peşəkar zabitləri, gizir-maxeləri onların ədalətsiz əməlləri ilə razılaşmadığı üçün müxtəlif şər-böhtanlarla ləkələyib hərbi xidmətdən uzaqlaşdıran, lakin dövlətin külli miqdarda vəsaitlərini maxinasiyalar edərək mənimsəyərək, öz ailələrinə sərvət toplayan Naxçıvan FHN-nin rəhbəri kimi məmurlar da bu ədalət mühakiməsinə çıxarılacaqlar. Tezliklə Naxçıvan FHN-də və onun struktur qurumları olan Yanğın Təhlükəsizliyi İdarəsində, Maliyyə-İqtisadiyyat Şöbəsində və Mülki Müdafiə hərbi hissəsində yoxlamalar aparılsa, ordakı maxinasiyalar üzə çıxacaq. Üstəlik, əsgər-maxelərin xidmətdən yayındırılaraq nazirin Hərbi Hissə komandiri ilə birlikdə şərik əkdikləri hektarlarla taxıl sahələrində işləmələri, hərbi hissəyə ayrılan yanacağın şəxsi taxıl sahələrində istifadə olunması halları, hərbi hissədə dura-dura, guya istifadə edilmiş kimi texnikalara “putyovka”lar yazılıb, külli miqdarda yanacağın Neft bazayla razılaşdırılaraq silinib yeyilməsi halları üzə çıxarılsın, Naxçıvan FHN rəhbərliyi, himayə etdiyi və əlbir olduğu şəxslər, inşallah, layiqli cəzalarına çatdırılsınlar”.

Jalə FAMİLQIZI


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.149143