Naxçıvan-Sədərək magistral yolunda qəza olub, 3 nəfər xəsarət alıb. Hurriyyet.az xəbər verir ki, Hadisə magistral yolun Şərur rayonu Püsyan kəndi ərazisindən keçən hissəsində baş verib. İki "Mercedes" markalı avtomobil toqquşub. Qəza zamanı 2-i qadın olmaqla, 3 nəfər xəsarət alıb. Onlar Şərur rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır