Saat:09:25
Haqqımızda

Naxçıvanda 2 tələbə göldə boğuldu - Təfərrüat - Yenilənib

2024-05-10 18:00:40

Naxçıvanda 2 tələbə göldə boğuldu - Təfərrüat - Yenilənib

Naxçıvan şəhərində iki gənc göldə boğularaq ölüb.

Hurriyyet.az “Şərq qapısı” qəzetinə istinadən xəbər verir ki, hadisə dünən gecə saatlarında baş verib. 

Belə ki, Astara rayon Pensər kənd sakinləri olan 2005-ci il təvəllüdlü Fəttah Zəkəriyəyev və 2006-cı il təvəllüdlü Əli Mehrəliyev gecə saatlarında Naxçıvan şəhərində yerləşən Bazar gölünün ətrafına gedib. Məlum olmayan səbəbdən onlar suya düşüb və boğulublar. 

Bu gün səhər saatlarından etibarən Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin əməkdaşları meyitləri sudan çıxarıblar. Hadisə yerinə Naxçıvan MR Prokurorluğunun və Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb ediliblər. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hər iki gəncin Naxçıvan Dövlət Universitetinin tələbələri olduğu bildirilir. 

***

Modern.az xəbər verir ki, həlak olan gənclər Naxçıvan Dövlət Universitetinin Stomatologiya ixtisasının I kurs tələbələri olublar.

Pensər kənd bələdiyyəsinin sədri Emil Ağayevin sözlərinə görə, hadisə zamanı Əlinin telefonu suya düşüb, onu götürmək istəyəndə sürüşüb gölə yıxılıb. Fəttah isə ona kömək etmək üçün suya atılıb və nəticədə hər ikisi boğularaq ölüblər.

“Hər ikisi bu il birinci kursu bitirəcəkdilər. Fəttahın valideynləri işləmir, arıçılıqla məşğuldurlar. Əlinin atası və anası müəllimdir.  Eyni kənddəndirlər. Valideynləri ilə danışıblar. Hələ Naxçıvandadırlar, valideynlərinə məlumat verilib, rayona gətiriləcəklər", - o qeyd edib.

***

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Naxçıvan şəhəri ərazisində yerləşən Bazar gölündə iki nəfər şəxsin -  2005-ci il təvəllüdlü Mehrəliyev Əli Şahin oğlu və 2006-cı il təvəllüdlü Zəkəriyayev Fəttah Eyvaz oğlunun suda boğularaq ölmələri faktı üzrə Naxçıvan şəhər prokurorluğunda araşdırma aparılır.




 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.200666