Naxçıvan sakini uşağı üçün birdəfəlik müavinət ala bilmir - ŞİKAYƏT

2023-05-02 14:35:00

Naxçıvan sakini uşağı üçün birdəfəlik müavinət ala bilmir - ŞİKAYƏT

“Qanunsuzluq, özbaşınalıq o qədər yüksək səviyyədə inkişaf edib ki, qarşısını almaq qeyri-mümkündür”

Naxçıvan Muxtar Respublikasında (MR) qeydiyyatda olan, lakin hal-hazırda Bakı şəhərində yaşayan Hüseynov Vüsal Firəddin oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, dəfələrlə Sosial Müdafiə Fonduna, Dost Mərkəzinə müraciət etsə də, onu müraciəti düzgün araşdırılmır:

“Mən, Hüseynov Vüsal Firəddin oğlu, yazaraq sizə bildirirəm ki, 18.01.2023-cü il tarixində doğulan uşağımız üçün birdəfəlik müavinəti ala bilmirik. Deməli, qanunsuzluq, özbaşınalıq o qədər yüksək səviyyədə inkişaf edib ki, qarşısını almaq qeyri-mümkündür.

Qeydiyyat ünvanımız Naxçıvandadır deyə, Dost Mərkəzi 1 fevral 2023-cü il tarixindən əvvəlki doğumların ödənişlərini qeydiyyatda olduğu rayonun Sosial Müdafiə fondunun köçürdüyünü deyir. Naxçıvandakı Sosial Müdafiə Fondunun əməkdaşları isə bildirir ki, valideynin iş yeri Bakıdadırsa, həmin birdəfəlik ödəniş paytaxtdakı Dost Mərkəzi tərəfindən icra olunur.

Mən Bakıda DSMF-nin Uçot Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etsəm də, heç bir nəticə yoxdur, öz bildiklərini edirlər.

Statistika Komitəsinin məlumatına əsasən, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri bu ilin yanvar-fevral ayları ərzində ölkədə 19 min 158 doğulmuş körpə qeydə alıb. Bu yeni doğulan 20 minə yaxın körpəyə ödəniləcək 500 manat ümumilikdə 10 milyon manat edir. DSMF həmin 10 milyonu körpələrin adına vaxtında, problem çıxarmadan köçürürmü?

Mən Azərbaycan Respublikasının vətəndaşı olaraq bunu Hesablama Palatasına, DTX-ya və bütün aidiyyatı orqanlara sual verirəm. Və onlardan xahiş edirəm ki, uşağın anadan olmasına görə təyin olunan birdəfəlik müavinətin verilməsi probleminin həlli üçün köməklik göstərsinlər”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.209373