Naxçıvan sakini sığorta şirkətlərini ona dəyən zərəri ödəməməkdə ittiham edir - ŞİKAYƏT

2023-01-04 15:07:00

Naxçıvan sakini sığorta şirkətlərini ona dəyən zərəri ödəməməkdə ittiham edir - ŞİKAYƏT

Naxçıvan şəhəri, Babək rayon sakini Məmmədov Fikrət Məmmədhüseyn oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub.

Şikayətçi Naxçıvanda sığorta şirkətlərinin qanunsuz əməllərindən bəhs edir. Dediyinə görə, hər ay mənzili üçün 30 AZN sığorta pulu ödəsə də, ehtiyac olduğu zaman sığorta pulu ala bilmir.

“Mən, Məmmədov Fikrət Məmmədhüseyn oğlu, yazaraq sizə bildirirəm ki, evim zəlzələ nəticəsində zərər görüb, sığorta baxmır. 2011-ci ildə məni haqsızlıq edib aeroportdan işdən çıxartmışdılar. Dolanmaq üçün dövlətdən mal götürmüşdüm. Kənd yeridir, 2 heyvan aldım, pulunun bir hissəsini əvvəldən ödəmişdim, qalanını da mal gələndən sonra yavaş-yavaş ödəyəcəkdim. Mallar gəldi, amma xəstə çıxdı və 3 ay sonra öldülər. Tək məndə yox, bir çox adamın malı xəstəlikdən öldü. Heyvanları alanda sığortalamışdıq. Hər mala görə 89 AZN pul ödədim. Heyvanlar qızdırdı, öldü, sığortaya getdim, pulumu qaytarmadılar. Sığorta sənədimi də əlimdən aldılar.

Malı satan adam da pulunu istəyirdi, hətta bir neçə nəfəri də polisdə döymüşdülər. Ölmüş heyvanlara 7 min 200 AZN pul ödədim. Yəni Naxçıvanda sığorta yoxdur. Hara müraciət etdimsə də, mənə dedilər ki, get malın pulunu ödə, almısan ödəməlisən.

Zəlzələ zamanı evim ciddi ziyan gördü. Onun üçün də sığortaya müraciət etdim. Oradan da dedilər ki, sığortalıq heç nə yoxdur. Əgər sığorta mənim işimi həll etmirsə, mən niyə sığortaya pul verməliyəm, bəs?”

Jalə FAMİLQIZI


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.133472