Saat:04:11
Haqqımızda

Naxçıvan sakini hərbçiyə verdiyi borcu geri ala bilmir - ŞİKAYƏT

2024-04-19 11:14:49

Naxçıvan sakini hərbçiyə verdiyi borcu geri ala bilmir - ŞİKAYƏT

Naxçıvan şəhəri, Nizami küçəsi, ev 44, mənzil 27-də yaşayan Şahbazov Akif Cümşüd oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi qeyd edir ki, Naxçıvanda hərbçi kimi fəaliyyət göstərən Kərimli Murad onun pulunu mənimsəyib:

“Mən, Şahbazov Akif Cümşüd oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Özüm xəstə adamam, problemlərim çoxdur. Naxçıvanda Kərimli Murad adında bir hərbçiyə əmi, dayı olmuşam. O isə mənim kimi xəstə adamı aldadıb, 802 manat pulumu vermir.

Bərdə Məhkəməsində boynuna alıb ki, məndən borc alıb, amma borcunun 432 manat olduğunu bildirib. Əslində isə yalan deyib. İş indi icraçının öhdəliyindədir, onun da dediyinə görə, həmin şəxsi tapa bilmir.

Kərimli Murad mənə xəbər göndərir ki, mən o pulu sənə verəsi deyiləm, vermirəm, nə edəcəksən, uzağı məhkəməyə verəcəksən də.

Səhhətimlə bağlı heç bir yerdə işləmirəm. Belə adama dəstək olan dövlət qurumuna nə deyəsən, onu bilmirəm.

İcraçı bildirir ki, polis axtarışa verib, adamı tapa bilmir. Çox gülməli söhbətdir. Adam hədə-qorxu gələcək qədər ortadadır, amma icraçı deyir ki, polis axtarır.

Mən sizin sayt vasitəsilə səlahiyyətli qurumlara, Prezident Administrasiyasındakı vəzifəli şəxslərə müraciət edirəm. Hörmətli cənablar, şikayətimizə baxılmağı üçün hara müraciət edək? İcraçıları işlərinə yönləndirməyə Ədliyyə Nazirliyinin belə, gücü çatmır. Bəs, bu icraçılar nəyə lazımdır, işlərini icra etmirlərsə?!"

Məsələ ilə bağlı Sadiq adlı icraçı ilə əlaqə saxladıq. "Mənlik heç nə yoxdur, adam axtarışdadır və tapılmır", - deyə o, bildirdi.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.214649