Saat:14:13
Haqqımızda

Naxçıvan sakini: “Burada DİM-in sədri 5 minə imtahan suallarını satır” - DƏLİXANADIR, VALLAH...

2022-12-01 21:32:00

Naxçıvan sakini: “Burada DİM-in sədri 5 minə imtahan suallarını satır” - DƏLİXANADIR, VALLAH...

Naxçıvan Muxtar Respublikası (NMR) Dövlət İmtahan Mərkəzində (DİM) qanunsuz kursun yaradıldığı və imtahan suallarının pulla satıldığı iddia olunur.
Hurriyyet.Az
 bildirir ki, bu barədə Yeniavaz.com-a müraciətində adının çəkilməsini istəməyən Naxçıvan sakini məlumat verib.
O iddia edir ki, Naxçıvanda DİM ciddi qanun pozuntularına yol verir:
“DİM-in sədri İsmayıl Qəribli NMR-nin Baş naziri Səbuhi Məmmədovun qohumudur.

Azərbaycan DİM-in Naxçıvanda bölməsi olsa da, bunlar qanunsuz ikinci orqan yaradıblar və burda kütləvi şəkildə qanunsuzluqlar baş verir. Bir muxtar respublikada iki eyni adlı idarə var. Biri Azərbaycan DİM-in Naxçıvan bölməsi, biri də bizim ayrıca DİM. Azərbaycandakı DİM qaydalarının heç biri burda işləmir. Bakıda alınan sertifikatı belə tanımırlar”.

Vətəndaşın sözlərinə görə, Mərkəzdə qanunsuz kurs təşkil edilib:
““Dövlət orqanı” adlandırdıqları yerin “podval”ında kurs təşkil ediblər. İdarənin içərisində kurs olan ikinci bir dövlət orqanı yoxdur. Deyirlər ki, bu kursa gəlməyəni işə götürmürük. Adam başı 100 manatdan, ən azı 3 ay gəlməlisən. İsmayıl Qəribli 5 min manat almaqla öz güvəndiklərinə və yaxınlarına müsabiqə və müsahibə suallarını satır. Dövlət qulluğu, müəllimlərin işə qəbulu imtahanlarında 5 min manatdan pul alıb sualları satır, ya da şərait yaradır ki, köçürsünlər. Qəbul bazası belə gəlib çıxıb”.
O, həmçinin imtahan sualları cavablarının sızdırılmasının fotolarını da redaksiyamıza təqdim edib:
“Bu formada sualları zirzəmidə verirlər ki, əzbərləsinlər. İmtahan otaqlarından suallar çəkilib atılır, kənardan cavab verirlər.

Naxçıvan sakini: “Burada DİM-in sədri 5 minə imtahan suallarını satır”

Necə nəzarət olunur? Fotolar imtahan otağından necə çıxa bilər? Hər ay milyonlarla pul yığılır. İsmayıl Qəribli yığdığı pullar hesabına saysız-hesabsız mülklərə sahibdir. Naxçıvanda Atatürk küçəsi 9 ünvanında, “dəyirmançının binası”nda 200 minlik ev, Bakıda avtoyuma məntəqəsi və s. alıb”.

Səsləndirilən bütün iddialarla bağlı qurumun mövqeyini öyrənmək üçün Naxçıvan DİM-lə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilmədi.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR