Naxçıvan-Şahbuz magistralında yol qəzası olub, xəsarət alan var
2024-04-17 21:33:56

Naxçıvan-Şahbuz magistralında yol-nəqliyyat hadisəsi baş verib.
Hurriyyet.Az report.az-a istinadən xəbər verir ki, hadisə Şahbuz rayonu Sələsüz kənd ərazisində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində Cəhri qəsəbə sakini, 1998-ci il təvəllüdlü Əliyev Daşqın Muxtar oğlu xəsarət alıb.
O, Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
