Naxçıvan İrana quru sərhədlərini BAĞLADI – RƏSMİ

2022-07-01 15:19:00

Naxçıvan İrana quru sərhədlərini BAĞLADI – RƏSMİ

Sosial şəbəkələrdə İranın Azərbaycanla quru sərhədlərini 2 ay müddətinə bağlaması ilə bağlı məlumatlar yayılıb. Məlumatda qeyd edilir ki, iyulun 1-dən, yəni bu gündən nə İran vətəndaşları Azərbaycana, nə də Azərbaycan vətəndaşları İrana səfər edə biləcəklər. Naxçıvan istiqamətində də sərhədlər bağlı olacaq.

Məsələ ilə bağlı İranın Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Əli Musəvi açıqlamasıda İranın Azərbaycanla sərhədlərinin açıq olduğunu bildirib:

“8 aydır ki, İran Azərbaycanla sərhədlərini açıb və hələ də açıqdır. Heç bir problem yoxdur. Azərbaycan dövləti Naxçıvanda sərhədi bağlayıb. İranlılar Azərbaycana, azərbaycanlılar isə İrana nə girə, nə də çıxa bilirlər. Ümumiyyətlə İran sərhədlərinin hamısı açıqdır”, - deyə səfirlik rəsmisi əıavə edib.

Məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinin rəsmisi Maya Şərifova bizi qurumun digər sözçüsü Afdandil Abbasova və Nazirlər Kabineti yanında Operativ Qərargaha yönləndirib. Afdandil Abbasov sorğularımızı alsa da, cavablandırmayıb. Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədovdan da hər hansı mövqe ala bilmədik. 

Xatırladaq ki, Azərbaycan pandemiya ilə əlaqədar 2020-ci ilin mart ayından quru sərhədlərini bağlayıb. Səfərlər 2 ildir ki, hava nəqliyyatı ilə həyata keçirilir.

Azərbaycan vətəndaşları xüsusi icazə ilə quru sərhədini keçərək İrana səfər edə bilirdi. Bundan başqa, Bakıdan Naxçıvana gedən avtobuslar da İrandan keçməklə hərəkət edirdi. Bir müddət əvvəl də yayılan məlumata görə, Azərbaycan quru sərhədini keçmək üçün tələb olunan xüsusi icazələr ləğv edilib. 

Bizim.Media


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.057245