Naxçıvan gömrüyündəki əməliyyatın – Şok detalları

2022-11-26 19:11:00

Naxçıvan gömrüyündəki əməliyyatın – Şok detalları

Naxçıvan Muxtar Respublikasının gömrük orqanlarında keçirilən son əməliyyatların detalları bəlli olub.

Bu əməliyyatlara əsas səbəb İran və Türkiyədən ölkəmizə idxal olunan dəyəri yüz milyonlarla hesablanan məhsulların rüsuma cəlb olunmadan keçirilməsi olub.

Sayt yazır ki, təkcə ötən il 3 ton qızıl rüsumsuz Naxçıvana, oradan da Bakıya gətirilib.

İddiaya görə, həmin qızılların 1 kiloqramı üçün sahibkardan 3000 manat rüşvət alınıb.

"Bu kimi hallar uzun illərdir ki, Naxçıvan gömrüyündə davam edirdi" deyən mənbə əlavə edib ki, qanunsuzluqların üstü açıldıqca, həbs edilənlərin sayı da artacaq. \\Gununsesi.info


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.205693