Saat:04:35
Haqqımızda

NATO yeddi ayda sursat istehsalına 10 milyard dollar sərf edib – Baş katib

2024-02-08 00:07:38

NATO yeddi ayda sursat istehsalına 10 milyard dollar sərf edib – Baş katib

Ötən ilin iyul ayından NATO sursat istehsalı üçün 10 milyard dollarlıq sifarişlər yerləşdirib.

Bu barədə məlumatı NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə keçirdiyi mətbuat konfransında açıqlayıb. Onun sözlərinə görə, bu vəsaitin 5,5 milyardı “Patriot “hava hücumundan müdafiə sistemləri üçün raketlərin istehsalına ayrılıb.

Baş katib onu da bildirib ki, bu ilin yanvar ayında Amerikanın hava hücumundan müdafiə sistemi üçün min ədəd raketin istehsalına dair müqavilə imzalanıb.

Stoltenberq dronların istehsalının artırılmasının tərəfdarı olduğunu bildirib və xatırladıb ki, NATO ölkələri “artıq bu sahədə Kiyevə əhəmiyyətli dərəcədə kömək ediblər”. “Xüsusən də münaqişədən əvvəl Türkiyə Ukraynaya “Bayraktar” pilotsuz uçan aparatları tədarük edirdi, Ukrayna artıq onların istehsalı üçün zavod tikməyə başlayıb”. \\Musavat.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.214675