Saat:16:58
Haqqımızda

NATO-ya Fransadan gileyli etiraz: "Müttəfiq olmaq başqa ölkənin maraqlarına girov olmaq demək deyil"

2021-09-23 15:55:00

NATO-ya Fransadan gileyli etiraz:

NATO Fransa və Almaniyanın Strateji Konsepsiyasının yenidən gözdən keşirilməsi təklifini qəbul etdi. Bu barədə sentyabrın 22-də Fransanın müdafiə naziri Florensiya Parli məlumat verib.

“NATO-nun mövcudluq səbəbi transatlantik təhlükəsizlikdir. ABŞ-a xatırlatmaq istədiyimiz də budur. Buna görə də tərəfdaşlarımız, bizim təşəbbüsümüzlə, eləcə də Almaniya Federativ Respublikasının təşəbbüsü ilə NATO-nun strateji konsepsiyasına yenidən baxmağa qərar verdilər", deyə “RİA Novosti” Parlnin sözlərini sitat gətirir.

Nazirin sözlərinə görə, “bu Madrid sammitində NATO-nun vəziyyətini aydınlaşdırmağa, həmçinin Avropanın müdafiəsini gücləndirməyə kömək edəcək. Müttəfiq olmaq başqa ölkənin maraqlarına girov olmaq demək deyil", deyə Fransanın müdafiə naziri Florensiya Parli bəyan edib.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR