Saat:23:04
Haqqımızda

NATO şərqə doğru irəliləyir - Rusiyanın yaxın qonşusu alyansa daxil olmağa hazırlaşır

2022-05-12 12:14:00

 NATO şərqə doğru irəliləyir - Rusiyanın yaxın qonşusu alyansa daxil olmağa hazırlaşır

Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Finlandiya rəhbərliyi ölkənin NATO-ya daxil olması planı barəsində rəsmi açıqlama verib.

Finlandiya Prezidenti Sauli Niiniste və Baş nazir Sanna Marin ölkənin NATO hərbi ittifaqına daxil olmasını rəsmən dəstəklədiklərini bildiriblər. Bu barədə açıqlama Finlandiya Prezidentinin rəsmi saytında yerləşdirilib.

Açıqlamada deyilir: “NATO-ya daxil olmaq Finlandiyanın təhlükəsizliyini gücləndirəcək. Finlandiya NATO-ya üzvlük üçün təcili şəkildə müraciət etməlidir”.

Finlandiyanın NATO-ya müraciət eləməsi üçün bu addımı ölkə parlamentinin də dəstəkləməsi lazımdır.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR