Saat:20:03
Haqqımızda

NATO Rusiyaya qarşı təlimlər keçirir

2024-04-25 21:42:25

NATO Rusiyaya qarşı təlimlər keçirir

Bu il NATO "soyuq müharibə"dən bu yana Avropada ən böyük təlimlərə başlayıb. Qurumdan Rusiyaya qarşı təlim keçirildiyi ilk dəfə rəsmən açıqlanıb.

NATO Müttəfiq Quru Qoşunlarının komandanı general Darryl Uliyams Alyansa üzv ölkələrin Avropada yazda başladıqları təlimlərin əslində Rusiyaya qarşı olduğunu deyib.

O, bunun soyuq müharibədən sonra ən geniş təlimlər olduğunu vurğulayıb. Qeyd edib ki, adətən, keçmişdə bu cür təlimlərdə düşmənin adı açıqlanmırdı. Bu dəfə isə düşmənin kim olduğu elan edilib.

“Bu il əslində Rusiyaya qarşı təlimlər keçiririk. Biz potensial düşmənimizlə mübarizə aparırıq"- deyə o, bildirib. \\BakuPost

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.198774