“NATO Rusiya ilə müharibə istəmir, amma...” - “Onilliklərlə davam edəcək qarşıdurmaya hazır olmalıyıq”
NATO Rusiya ilə mümkün onillik qarşıdurmaya hazırlaşmalıdır, çünki Vladimir Putin Ukraynada qələbə qazanarsa, onun təcavüzü başqa ölkələrə də keçə bilər.
Hurriyyet.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq “Welt”-ə müsahibəsində bildirib.
"NATO Rusiya ilə müharibə istəmir, lakin biz onilliklərlə davam edə biləcək qarşıdurmaya hazırlaşmalıyıq", - deyə, Stoltenberq bildirib.
Baş katib vurğulayıb ki, hazırda ən yaxşı müdafiə Ukraynaya dəstək və NATO-nun hərbi potensialına investisiya qoyuluşudur: “Biz tez bir zamanda sənaye bazamızı yenidən qurmalı və genişləndirməliyik ki, Ukraynaya tədarükləri və öz ehtiyatlarımızı artıraq”.
Stoltenberq Avropada hərbi sifarişlərin daha tez yerinə yetirilməsinə çağırıb. Baş katib xəbərdarlıq edib ki, Putin Rusiya iqtisadiyyatını uzunmüddətli müharibəyə hazırlayır, ona görə də Qərb də öz təhlükəsizliyi üçün daha çox işlər görməlidir.
Stoltenberq ayrıca ABŞ Konqresində Ukraynaya yardım paketi ilə bağlı prosesləri şərh edib. O, paketin təsdiqlənəcəyinə ümid etdiyini deyib və bildirib ki, Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzkar müharibəsində Kiyevin üzərinə düşən yükün “transatlantik bölgüsü” mövcuddur.
AzPolitika.info