NATO rəhbəri İsveçdəki əməldən danışdı: “Utandırıcıdır”

2023-02-16 13:55:00

NATO rəhbəri İsveçdəki əməldən danışdı: “Utandırıcıdır”

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq fevralın 16-da Ankaraya səfəri çərçivəsində Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransı zamanı deyib: “Qurani-Kərimin İsveçdə yandırılmasının Türkiyədə güclü etirazlar doğurduğunu bildirəm. Müqəddəs kitabın yandırılmasının utandıran bir əməl olduğunu düşünürəm”.

Stoltenberq Türkiyədəki zəlzələnin NATO-nun qurulmasından bəri keçən dövr ərzində alyans üzvlərinin ərazisində baş vermiş ən qorxunc təbii fəlakət olduğunu söyləyərək deyib: “NATO-nun bütün ölkələrində vətəndaşlarımız milyonlarla avronu Türkiyəyə göndərmək üçün kampaniyalar keçirirlər. Bunlar həmrəyliyimizin rəmzidir”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.182146