NATO-nun yeni rəhbəri qadın ola bilər
2024-04-02 15:39:25
Hurriyyet.az TRT kanalına istinadla xəbər verir ki, Estoniyanın Baş naziri Kaja Kallasın NATO-nun yeni baş katibi ola biləcəyi, onun namizədliyinin ABŞ, Britaniya, Fransa və Almaniya tərəfindən dəstəkləndiyi iddia edilir.
Bu barədə "Estonian World" nəşri məlumat yayıb.
46 yaşlı hüquqşünas olan Kallas Avropada Ukraynanın ən güclü şəkildə dəstəkləyən liderlərdəndir və Rusiyanın ən sərt tənqidçilərindən hesab olunur. Kallas NATO-nu Rusiya ilə həmsərhəd olan 3 Baltikyanı ölkə - Latviya, Litva və Estoniya üçün daha güclü müdafiə planı hazırlamağa çağırmışdı.
Hürr Tərcüman