NATO-nun hansı addımı Rusiyanı nüvə silahını tətbiq etməyə təhrik edə bilər?

2022-06-21 09:07:00

NATO-nun hansı addımı Rusiyanı nüvə silahını tətbiq etməyə təhrik edə bilər?

"Ukraynada "xüsusi hərbi əməliyyat" uğurlu olduğu halda NATO Rusiya ilə döyüş əməliyyatlarına girmək istəyini itirəcək"

Rusiyanı nüvə silahını tətbiq etməyə NATO- nun Kalininqrad vilayətinə soxulmağa hipotetik cəhdləri təhrik edə bilər.

Hurriyyet.az Moderator.az-a istinadla xəbər verir ki, bu fikirlər MDB ölkələri İnstitutunun beynəlxalq təhlükəsizlik sahəsində hərbi eksperti Vladimir Yevseyev Rusiya dövlət internet nəşri "Ukraina.ru"-ya müsahibəsində səsləndirib.

O, Baltikada hərbi münaqişə ehtimalını son dərəcə aşağı qiymətləndirib, lakin onu tamamilə istisna etməyib.

"Mən istisna etmirəm ki, hansısa məqamda Polşa Kalininqrad vilayəti ilə sərhəddə vəziyyəti kəskinləşdirəcək. Lakin anlamaq lazımdır ki, Rusiyanın Kalininqradın NATO ölkələri tərəfindən zəbt edilməsinə azacıq şübhəsi olarsa, o zaman Rusiya nüvə silahını tətbiq edəcək və Litva ərazisindən yerüstü dəhliz yaradacaq", - Yevseyev buna əmin edib.

Ekspert əlavə edib ki, Rusiyanın Ukraynada üzdəniraq "xüsusi hərbi əməliyyat"ının uğurlu olması nəticədə NATO-nun Rusiya ilə döyüş əməliyyatlarına girmək istəyini itirəcək.

Bundan öncə Kalininqrad vilayətinin hakimiyyət orqanları Litvanın regiona malların tranzitinə məhdudiyyətləri ləğv etməyəcəyi təqdirdə "Rusiya tərəfindən tədbirlər görməyi təklif etməyi" vəd edib.

"Avropa İttifaqı Kalininqradın blokadası ilə bağlı vəziyyəti düzəltməlidir, əks halda Rusiyanın tranzit məsələsinin istənilən üsulla həlli üçün əl-qolu açılacaq", - bunu Federasiya Şurasının suverenliyin müdafiəsi üzrə komissiyasının rəhbəri Andrey Klimov deyib.

Xatırladaq ki, uyunun 14-də öz yaxın ətrafı ilə ünsiyyətdə olarkən Putin sərt bəyanatla çıxış edib:

"Yaxın gələcəkdə nüvə müharibəsi qaçılmazdır və biz ilkin həlledici zərbə vurmağa hazır olmalıyıq".


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya