NATO-nun baş katibi Şimali Koreya ilə bağlı bəyanat verəcək - "Müharibəyə qoşulur"
2024-10-28 14:47:44
Hurriyyet.az xəbər verir ki, NATO-nun baş katibi Mark Ryutte Koreya Xalq Demokratik Respublikasının qüvvələrinin Rusiya ərazisində səfərbər olduğu barəsində bəyanat verməyə hazırlaşır.
Bu barədə NATO-nun mətbuat xidməti məlumat verib.
Cənubi Koreyadan olan yüksək səviyyəli nümayəndə heyətinin Şimali Atlantika şurasında bu mövzuda brifinq keçirəcəyi gözlənilir.
Görüşdə NATO-nun Hind-Sakit okeanları bölgəsindəki tərəfdaşı olan dövlətlərin səfirlərinin, o cümlədən, Avstraliya, Yaponiya və Yeni Zelandiya diplomatlarının görüşdə iştirakı planlaşdırılıb.
Hürr Tərcüman