Saat:22:24
Haqqımızda

NATO-nun Baş katibi: "Ermənistanla Azərbaycan yaxınlaşır, Gürcüstan təşviş doğurur"

2025-11-25 16:29:01

NATO-nun Baş katibi:

Hurriyyet.az xəbər verir ki, NATO-nun Baş katibi Mark Rutte Avro-Atlantik məkanında alyansa qoşulmaq istəyən istənilən ölkənin rəsmi olaraq ərizə təqdim edə biləcəyini və bundan sonra müvafiq prosedurun başlanacağını bildirib.
Bununla yanaşı, Rutte Gürcüstandakı vəziyyəti ideallaşdırmadığını vurğulayıb: "Biz son dərəcə narahatıq və bunu Gürcüstan tərəfinə aydın şəkildə bildirdik. Gürcüstanla əməkdaşlıq təkcə özlüyündə deyil, həm də narahatlıqlarımızı çatdırmaq üçün bir kanal kimi vacibdir".
NATO-nun Baş katibi bütövlükdə Cənubi Qafqazdakı hadisələrə xüsusi diqqət yetirib. Rutte Ermənistan və Azərbaycan arasındakı münasibətlərdəki müsbət dəyişiklikləri vurğulayıb və bunun "o cümlədən Prezident Trampın səyləri sayəsində" mümkün olduğunu qeyd edib.
Hürr Tərcüman