NATO-nun Baş katibi Ərdoğanla görüşə hazırlaşır - Türkiyədə eyni gündə həm Zelenski ilə Putinin görüşü, həm də alyansın tədbiri keçiriləcək

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, NATO-nun Baş katibi Mark Ryutte matın 13-də Türkiyəyə səfər edəcək, orada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Səfər NATO-nun xarici işlər nazirlərinin 14-15 may tarixlərində keçirilməsi planlaşdırılan qeyri-formal görüşünə hazırlıq çərçivəsində baş tutacaq.
Bu barədə NATO-nun mətbuat xidməti məlumat verib.
Məlumatda deyilir: "Mayın 13-də NATO-nun Baş katibi Mark Ryutte Ankaraya səfər edəcək. Görüş alyansın xarici işlər nazirlərinin 14-15 may tarixlərində Antalyada keçiriləcək qeyri-formal görüşü ərəfəsində baş tutacaq".
Xatırladaq ki, mayın 15-də, İstanbulda RF Prezidenti Vladimir Putinin Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşü gözlənilir.
Hürr Tərcüman
